Kukilər daxil olduğunuz saytdan brauzerinizə göndərilən qısa mətn fayllarıdır. Kukilər sayəsində sayt ziyarətinizi yadda saxlayır, həmçinin növbəti dəfə sayta daha asan daxil olursunuz və ziyarətiniz faydalı olur. Brauzeri və ya qadcetləri müəyyən etmək üçün istifadə edilən digər bütün texnologiyalar da bu məqsəd üçün işlədilə bilər. Kukilərə nümunə olaraq istifadəçi adı və parolu göstərmək olar. Bağlantınız vasitəsilə server kukidə saxlanılan data yaradır və bu data kompüterinizin unikal ID-si ilə şifrələnir. Kukilər kompüterinizlə şəbəkəniz arasında ötürüldükdə server ID-ni oxuyaraq sizə hansı məlumatları təmin edəcəyini anlayır. Kukilər sayəsində internet saytlar istifadəçi təcrübəsini fərdiləşdirə bilirlər. Veb brauzerlər kukiləri istifadəçinin cihazındakı xüsusi faylda saxlayır. Kukilər olmasa hansısa saytdan gözlənilmədən çıxdıqdan sonra təkrar həmin sayta daxil olanda yenidən istifadəçi adı və parol yazmalı olardınız.

HANSI KUKİ NÖVLƏRİNDƏN İSTİFADƏ EDİRİK?

Kukilər sayəsində internet provayderləri hər istifadəçiyə özəl təcrübə təmin etmək imkanı qazanırlar. Bəs internet saytlara bu qədər əlverişli olan kukilərin hansı növləri var? Kukilərin bir çox növləri olsa da, bu məqaləmizdə sizə daimi və birdəfəlik kuki növlərindən danışacağıq:

KUKİLƏRİN FUNKSİONALLIĞI BARƏDƏ

Funksional kukilər veb platformanın performansının təkmilləşdirilməsində istifadə olunur. Bu kukilər olmasa, veb-saytların müəyyən funksiyaları əlçatan olmaz. Funksional kukilər sayəsində veb-sayt istifadəçi təcrübəsini yadda saxlayır. İstifadəçi təcrübəsi dedikdə parol, ad, region, dil və s. kimi məlumatlar nəzərdə tutulur. Bu kimi datanı müəyyən edən saytlar xəbərlər və hava kimi məlumatları əsas götürməklə istifadəçilərə yaşadıqlara məkana uyğun data təqdim edirlər. Funksional kukilər, eyni zamanda, istifadəçi sorğularının emalında da rol oynayır. Lakin sırf bu səbəbdən funksional kukiləri əhəmiyyətli kukilər adlandırmaq olmaz, çünki onların əsas məqsədi veb-saytın performansına təkan verməkdir.

KUKİLƏRLƏ BAĞLI SEÇİMLƏRİNİZ NƏLƏRDİR

İstifadəçilər kukiləri təmizləyə, silə, bloklaya və deaktiv edə bilərlər. Kukiləri deaktiv etdiyiniz zaman onlar kompüterinizin yaddaşında saxlanılmır. Kuki ayarlarını brauzerinizin Ayarlar bölməsindən idarə edə bilərsiniz. Kukilər deaktiv edildikdə saytın bəzi funksiyaları əlçatan olmaya bilər. Kukilər cihazınıza və məlumatlarınıza heç bir ziyan vermir, lakin məxfilik sizin üçün prioritetdirsə, o zaman kukiləri bloklaya bilərsiniz. Kukilər sildikdə və ya blokladıqda daxil olduğunuz saytlarda kukiləri qəbul etməyinizlə bağlı mesaj görə, daha öncə daxil olduğunuz platformalarda yenidən manual şəkildə istifadəçi adı və parol yazmalı ola bilərsiniz. Əgər Google Chrome brauzerində kukiləri blok etmək istəyirsinizə brauzer “Ayarlarının” “Məxfilik və təhlükəsizlik” bölməsində “Kukilər və digər sayt verilənləri” seçiminə toxunub, “Ümumi ayarlar” menyusunda “Bütün kukiləri bloklayın” variantını seçməlisiniz.